Xarici bankların Rusiyanı tərk etməsi sürətlənib | Banco.az

Xarici bankların Rusiyanı tərk etməsi sürətlənib

Müəllif  -  Aida İsaq, Banco.az

Oktyabr ayında xarici bankların Rusiya bazarından çıxışı kəskin surətdə sürətlənib. Banco.az xəbər verir ki, ümumilikdə ilin əvvəlindən ölkədə 6 bank nümayəndəliyi bağlanıb. Onların əksəriyyəti isə bu aya təsadüf edir.

Mərkəzi Bankın məlumatına görə akkreditasiyaya xitam verilməsi könüllülük əsasında baş verib. Üç nümayəndəlik ötən il, biri isə 2020-ci ildə bağlanıb. Hazırda Rusiyada 32 nümayəndəlik fəaliyyət göstərir ki, bu da 2016-cı illə müqayisədə iki dəfədən çox azdır.

İşlərin bu formada davam etməsi bank əməliyyatlarını, hesabların açılmasını və müştəri vəsaitlərinin cəlb edilməsini çətinləşdirir. Nümayəndəlik müstəqil hüquqi şəxs deyil, o, yalnız əsas təşkilatın maraqlarını qoruyur və ya müəyyən bankın tam formada fəaliyyət göstərməsinə əsas stimul olur.

Bu il RCB Bank, Almaniyanın "Bayerische Landesbank", İtaliyanın "Iccrea BancaImpresa S.p.A.", "Swiss Lombard Odier", "Cypriot Hellenic Bank" və Yaponiyanın "Hokkaido Bankı" Rusiyanı tərk etmək qərarı alaraq ofislərini bağlayıb.

Maliyyə eksperti Nadejda Qromova maliyyə təşkilatlarının qərarlarını onların ölkədə inkişaf perspektivlərinin olmaması ilə əlaqələndirib. Rusiya qoşunlarının Ukrayna ərazisinə daxil olmasından sonra kəskin şəkildə sərtləşən Qərblə sanksiyalar münaqişəsi fonunda Rusiya bazarı onlar üçün artıq maraq kəsb etmir.

Qeyd edək ki, prezident Vladimir Putin qismən səfərbərlik elan etdikdən sonra ruslar bank hesablarından təxminən yarım trilyon rubl götürüblər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram