Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ilin 11 ayında (yanvar-noyabr) Azərbaycandan xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 5 milyon 280 min manat təşkil edib.
Banco.az Mərkəzi Banka (AMB) istinadən xəbər verir, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6.4% azdır.
Eyni dövrdə xaricə səfər edən vətəndaşların sığorta ödənişləri isə 400.4 min manat təşkil edib.
Qeyd edək ki, 2023-ci ilin yanvar-noyabr aylarında bu növ üzrə yığımların məbləği 5 milyon 641 min manat, ödənişlərin məbləği isə 488.5 min manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!