Xaricə səfər edən vətəndaşların sığorta daxilolmaları 32% artıb | Banco.az

Xaricə səfər edən vətəndaşların sığorta daxilolmaları 32% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-cü ilin yanvar-avqust aylarında Azərbaycandan xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 4 milyon 503 min manat təşkil edib.

Banco.az Mərkəzi Banka (AMB) istinadən xəbər verir, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 32.2% və ya 1.1 milyon manat çoxdur.

Eyni dövrdə xaricə səfər edən vətəndaşların sığorta ödənişləri isə 190.9 min manat təşkil edib ki, bu da 2022-ci ilin ilk 8 ayı ilə müqayisədə 24.1% və ya 60.5 min manat azdır.

Qeyd edək ki, 2022-ci ilin eyni dövründə bu növ üzrə yığımların məbləği 3 milyon 407 min manat, ödənişlərin məbləği isə 251,4 min manata bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram