Xaricə göndərilən bəzi neft-qaz məhsullarının həcmi açıqlanıb | Banco.az

Xaricə göndərilən bəzi neft-qaz məhsullarının həcmi açıqlanıb

Yanvarda Azərbaycandan dəyəri 8,7 milyon ABŞ dolları olan 12,3 min ton reaktiv mühərriklər və digər məqsədlər üçün istifadə olunan kerosin ixrac edilib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilir ki, ay ərzində ölkədən, həmçinin 18,7 milyon dollarlıq 42,5 min ton ağır destilyatlar və ya digər məqsədlər üçün qazoyllar, 517,4 min dollarlıq 2,2 min ton maye qaz, 91,7 min dollarlıq 890,5 ton neft koksu göndərilib.

Ən sərfəli kredit üçün müraciət et

Azərtac

Ən sərfəli krediti almaq üçün müraciət et