Xaricə gedərkən nağd pul və ya kart daha sərfəlidir? | Banco.az

Xaricə gedərkən nağd pul və ya kart daha sərfəlidir?

Bir ölkəyə ezamiyyətə getməzdən və ya səfərə çıxmazdan öncə özün üçün bir suala cavab tapmalısan: özünlə nağd pul götürmək yaxşıdır ya pulu kartda aparmaq daha məntiqlidir?

Hansı daha sərfəlidir: kartla ödəniş etmək və “kağız” pullar ilə? Ən az itki hansındadır?

 «Adətən nağdsız ödəniş zamanı konvertasiya kursu daha əlverişlidir, nəinki “kağız” pulların öz ölkəndə, xüsusi ilə də ölkə xaricində mübadiləsi və ya dəyişdirilməsi”. Bu qayda həmçinin pulun kartdan nağd çıxarılması zamanı da özünü doğruldur. Xüsusən də nəzərə almaq lazımdır ki, ölkə xaricində bankomatdan pul çıxardıqda, sizdən əlavə komisyonlar da tutula bilər. Bu, həmin bankomatın məxsus olduğu bankın təyin etdiyi komissiyalar olacaq.

1. İlk öncə öyrənməlisiniz ki, getdiyiniz ölkədə hansı kartlar keçərlidir. Bəzi ölkələrdə Visa daha geniş yayılıb, digərlərində isə MasterCard-a üstünlük verirlər. Elə ölkələr ola bilər ki, onlar yerli sistemlərin kartlarını istifadə etsin. Bundan irəli gələrək, əsas istifadə edəcəyiniz kartı seçin. Ola bilsin ki, səyahətiniz üçün ayrıca bir kart əldə edəsiniz.

Ən sərfəli kredit üçün müraciət et

2. Bir az nağd pul heç vaxt artıqlıq etməz. Hər ehtimala qarşı üstünüzdə nağd pul da olsun. Əgər siz kart sisteminin və infrastrukturun yaxşı inkişaf etmədiyi ölkəyə gedirsinizsə, onda nağd pulu bir az çox götürün. Bu zaman da üzərində minimal pul ehtiyatı olan ödəniş kartı götürməyi yaddan çıxarmayın, yenə də hər ehtimala qarşı.

3. Səyahətdən öncə kart üzrə gündəlik əməliyyatların limitini müəyyən edin. Yəni bir gün ərzində kartda icazə verilən limitdən artıq əməliyyat keçirməyi qadağan edin. Xüsusən, Asiya və Latın Amerika ölkələrinə gedəndə bu nüanslara diqqət edin.

4. Kart sizin risklərinizi azaldır. Bunu yaddan çıxartmayın. Əgər siz özünüzlə gətirdiyiniz nağd pulları itirsəniz və ya onlar oğurlansa, onda onları geri qaytarmaq və bərpa etmək şansı demək olar ki, sıfıra bərabərdir. Bununla da, sizin bütün istirahət arzunuz gözünüzdə qala bilər. Əgər oğurlanan kartdırsa, siz ən azından onu blok edə bilərsiniz. 

Könül Soltanova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et