2018-ci ilin 9 ayında iqtisadi tərəfdaş ölkələrində iqtisadi artımın davam etməsi qeyri-neft ixracı ilə yanaşı ölkəyə daxil olan pul baratlarının dinamikasına da təsir edib.
İlkin rəqəmlərə əsasən 2018-ci ilin 9 ayında ölkəyə daxil olan pul baratları 998mln. ABŞ dolları təşkil edib.
Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 243 mln. manat və ya 32,2% çoxdur.
Bu ilin 3 rübünü 2016-cı ilin eyni dövrü ilə müqayisə edəndə məlum olur ki, ölkəyə daxilolan pul köçürmələri 337mln. dollar 50,98% artıb.
Report.az