Xaricdən avtomobil idxalı kəskin artmaqda davam edir - SON RƏQƏMLƏR | Banco.az

Xaricdən avtomobil idxalı kəskin artmaqda davam edir - SON RƏQƏMLƏR

2019-cu ilin Yanvar ayında Azərbaycana 2 512 ədəd nəqliyyat vasitəsi idxal olunub.

Dövlət Gömrük Komitəsinin aylıq hesabatına əsasən, bu, 2018-ci ilin Yanvar ayı ilə müqayisədə 2,5 dəfə çoxdur. Ötən ilin Yanvarında ölkəmizə 986 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdu.

2019-cu ilin Yanvarında 2 267 ədəd minik avtomobili, 18 ədəd avtobus, 215 ədəd yük avtomobili və 12 ədəd xüsusi təyinatlı vasitə idxal olunub.

Ən sərfəli kredit üçün müraciət et

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin Yanvar ayında 908 ədəd minik avtomobili, 4 ədəd avtobus, 73 ədəd yük avtomobili və 1 ədəd xüsusi təyinatlı vasitə idxal olunub.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et