Kredit kartları (plastik kartlar) müasir gündəlik həyatımızın artıq bir hissəsinə çevrilib. Demək olar ki, atıq hamının da olmasa əksəriyyətimizin kredit kartları vardır. Əvvəllər Azərbaycanda belə idi ki, plastik kartlar yalnız əməkhaqqını bankomatdan çıxarmaq üçün istifadə olunurdu. Pullar hesabdan çıxarılandan sonra insanlar yenə ödənişləri nağd şəkildə edirlər. Xoşbəxtlikdən bu tendensiya son bir neçə ildə cüzi də olsa müsbətə doğru dəyişir. Avropada, daha güclü inkişaf etmiş infrastruktur sayəsində, həmçinin mentalitet fərqləri və sadəcə ona görə ki kredit kartları oarda yaranıb və daha tez istifadə olunmağa başlayıb, kredit kartlarının istifadə modeli güclü şəkildə fərqlənir. ABŞ-da və Qərbi Avropada plastik kartları bir başa təyinatı üzrə istifadə edirlər – məhsul və xidmətlərin haqqını ödəyir, hesabdan hesaba pul köçürür, internet dükanlarda alış-veriş edir, kinoteatrda biletlər və ya oteldə nömrələr sifariş edir. Demək olar ki, hamının ən azı bir neçə kartı var.
Nəyə görə? Çünki bu sərfəli və rahatdır. Qərbdə siz plastik kartlar vasitəsi ilə hər şeyin haqqını ödəyə bilərsiniz: saç kəsimi, nahar, nəqliyyat, keçid, ərzaq dükanında alış-veriş, yeni soyuducu və ya bir neçə cüt corab, nə almağınızdan asılı olmayaraq – orada kartları hər yerdə istifadə edirlər.
Azərbaycanda hələ ki, bu istiqamətdə ciddi problemlər var. Ölkədə hələ də post terminal quraşdırılmış ticarət obyektlərinin sayı azdır. Təbii ki, siz Bakıda bir neçə bahalı dükanda post terminalla ödəniş edə bilirsiniz.
Bəs mərkəzdən uzaq və gündəlik alış-veriş etdiyimiz satış obyektlərində post terminallar varmı?
Avropada plastik kartların populyarlıq qazanmasının digər vacib bir səbəbi isə real olaraq kartlar vasitəsi ilə pullara qənaət etməyin mümkünlüyüdür. Loyallıq proqramları sadəcə reklam xarakteri daşımır.
Pullar həqiqətən də geri qayıdır, bonus balları toplanır, endirimlər böyüyür və s.
ABŞ-da bank tərəfindən onun kartlarından və xidmətlərindən istifadə zamanı təklif olunan partnyorlar şəbəkəsi xeyli böyükdür. Orada siz hər şeyə görə endirim və bonus əldə edirsiniz. Bizdə isə belə proqramlara ən bahalı super-marketlər, brend malların satıldığı dükanlar daxildir. Belə məkanlarda alış-veriş etmək heç də hər kəsin büdcəsinə uyğun deyil və daha çox zənginlərin özünə icazə verdiyi bir təmtəraqdır. Qərbdə isə bonusları ən adi “yerli mağazalar” da təklif edir.
Azərbaycanda hər bir bankın fərqli partnyorları vardır. Ona görə də siz bir neçə plastik kart rəsmiləşdirlməli olur və daxil olduğunuz ticarət obyektindən asılı olaraq, hansı kartdan istifadənin daha sərfəli olduğuna qərar verməli olursunuz. Bundan əlavə müxtəlif kartlarda ödəniş müddəti, kredit limiti, güzəşt müddəti və borcun son ödənilmə tarixləri fərqli ola bilər. Bütün bu vasitələrdən yaxşı yararlanaraq, siz borc vəsaitlərdən pulsuz istifadə edə, faizsiz alış-veriş edə bilərsiniz.
Təbii ki, bundan ötrü bir az əziyyət çəkməli, beyninizdə çoxlu informasiya saxlamalı olacaqsınız. Amma əslində bütün bunlar sadəcə vərdiş tələb edir. Əgər kartlardan istifadə etdiyiniz artıq uzun müddətdirsə, bu proseslər avtomatik hal alır. Artıq hər dəfə kartın limiti, borclanma həddi və ödəniş tarixləri haqqında düşünmür, hansı dükanda hansı kartın daha sərfəli olduğunu əzbər bilirsiniz.
Biz bu yazıda sadəcə kartların istifadə baxımından rahatlıqları arasındakı fərqləri müqayisə etdik.
Avropada və Azərbaycanda kreditləri və plastik kartları fərqləndirən başlıca nüanslardan biri də istifadə tarifləri və kredit faizləridir. Bu da sirr deyil ki, Azərbaycanda faizlər dəfələrlə yüksəkdir.
Səbəblərdən biri Azərbaycanda bazarın elə də geniş olmaması, kart istifadəçilərinin sayını azlığıdır. Buna görə də yeni layihələrin, texnoloji yeniliklərin tətbiqi daha başa gəlir və investorlardan daha ciddi sərmayələr istəyir.
Ən başlıca fərqlərdən biri də maliyyə savadlılığının yetərincə olması, əhalinin kartlardan istifadə səriştəsinin azlığıdır.
Ölkəmizdə təklif oluna plastik kartlar haqqında daha ətraflı məlumat üçün aşağıdakı linklərdən istifadə edə bilərsiniz.
Könül Soltanova/ Banco.az