Xaricdə təhsil alanların diplomlarının tanınmama səbəbləri açıqlanıb | Banco.az

Xaricdə təhsil alanların diplomlarının tanınmama səbəbləri açıqlanıb

May ayında xaricdə təhsil alanların diplomlarının tanınmama səbəbləri açıqlanıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin may ayı üçün tanınma üzrə edilən müraciətlərin statistikasına görə, may ayında 65 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Bunlardan tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 40, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 16, qeyri-ənənəvi təhsil formasında təhsil alması səbəbi ilə 6, digər səbəblər üzrə 3 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram