Xarakterin iş həyatına təsiri | Banco.az

Xarakterin iş həyatına təsiri

1. Xolerik -  Güclü psixikaya malikdir. Daim hərəkətdə olan proseslərə çətinlik çəkmədən adaptasiya ola bilirlər. Onlar bir iş sahəsindən digərinə asanlıqla keçə bilirlər. Möhkəm əsəb sisteminə sahib olduqları üçün asanlıqla lider ola bilirlər. Lakin bu tip adamlarla işləmək çətindir. Fəaldırlar, yaradıcı işçidilər, bir sözlə işdə irəli getməyə layiqdirlər, ancaq onları ya maddi ya da ki, mənəvi cəhətdən maraqlandırmaq lazımdır. Münaqişəni sevir. Rəhbər işdə işləməyə meylli olurlar. Küsəyəndirlər, lakin kin saxlamırlar.

2. Sanqviniklə - Güclü tarazlaşmış hərəkətləri olan, məntiqə söykənən proseslərdə özlərini ifadə etməyə çalışırlar. Fəal şəkildə yaradıcılıqla məşğul ola bilirlər. Əgər istəsələr qarşılarına çətin məsələ qoyub onu məntiqlə həll edə bilirlər. İş prosesində çevikdirlər. Maddi və mənəvi təmin olunduqları vaxt təşəbbüskar olurlar. Eyni zamanda təmkinlidirlər və yaxşı rəhbər ola bilirlər. Xolerikə nisbətən mərhəmət göstərməkdə soyuqqanlıdırlar. Üzaqgörən və hiyləgərdirlər.

Ən sərfəli kredit üçün müraciət et

3. Fleqmatik - Əsəb sistemləri nisbətən sabitdir. Ancaq onlar yeni işə çox gec öyrənirlər. Lakin həmin işi vicdanla başa vururlar. Rəhbər işçi olanda özlərini sakitcə planlı iş görən kimi aparırlar. Onlar son anda çıxan problemə və qərarların dəyişməsinə tab gətirməkdə çətinlik çəkirlər. Yaxşı işçı olurlar. Məsuliyyətlidir lakin tez inciyən və kinlidirlər. Bəzən paxıllıq edib söz gəzdirirlər.

4. Melaxoliklər - Çətin vəzyyətdə özlərindən tez çıxır və çıxış yolu tapmaqda çətinlik çəkirlər. Könülsüz olaraq qərar qəbul edirlər. Əqli və fizki gərginlikdən tez yorulurlar. Xəstəliyi və xoşagəlməz xəbəri pis qəbul edirlər. Yeni şəraitə çətinliklə uyğunlaşırlar. Bu tip insanlarla əlaqə yaratmaq çətindir. Dostluqda ailədə baş verən peşmançılıqlardan çox əziyyət çəkir. Bu adamlar ya cəzalanmaq ya da işdən qovulma təhlükələri ilə üz-üzə olduqları zaman işə can yadırırlar.