Xam neft ehtiyatlarının azalması qiymətləri bahalaşdırdı | Banco.az

Xam neft ehtiyatlarının azalması qiymətləri bahalaşdırdı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri bahalaşmaqda davam edir.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti ABŞ-da xam neft ehtiyatlarının 2018-ci ildən bəri qeydə alınan ən aşağı səviyyəyə geriləməsi səbəbindən sürətlə bahalaşıb.

ABŞ xam neftinin (WTI) oktyabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) çərşənbə günü 2,5% bahalaşdıqdan sonra yenidən 0,2% yüksəlməklə hazırda bir bareli 72.38 dollara icra edilir.

Brent markalı neftin noyabr fyuçersi isə London əmtəə birjasında çərşənbə günü 2,5% dəyər qazandıqdan sonra 0,3% də bahalaşmaqla bir bareli 76.42 dollara çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram