XalqKartla 6% keşbek! | Banco.az

XalqKartla 6% keşbek!

Xalq Bank Yeni il bayramı ərəfəsində XalqKart sahiblərini sevindirəcək kampaniyaya start verir.

13 dekabr – 14 yanvar tarixlərində XalqKart sahibləri 6 kateqoriya üzrə alış-verişlərdən 6% keşbek əldə edəcəklər. Belə ki, kampaniya ərzində XalqKart Petrol market, geyim, restoran, parfümeriya, gözəllik salonları və hədiyyə mağazalarında aparılan nağdsız ödənişlərdən 6% petrol, XalqKart Cashback kartları isə 6% keşbek qazandıracaq.

Xatırladaq ki, XalqKart Petrol ilə müştərilər həm ölkə daxilində, həm də xaricdə apardığı nağdsız ödənişlərdən bonus qazanır və toplanmış bonusları ölkənin ən geniş Azpetrol YDM şəbəkəsində yanacağa dəyişirlər. XalqKart Cashback kartı isə nağdsız əməliyyatlardan keşbek qazandıran ödəniş kartıdır. Hər iki kartda AZN qalığına illik 8% əlavə gəlir, ölkədaxili bütün kartlara aylıq 5000 AZN-dək komissiyasız köçürmə və aylıq 1000 AZN-dək komissiyasız nağdlaşdırma imkanları mövcuddur.

XalqKartı Bankın filiallarında, yaxud https://cardorder.xalqbank.az/ səhifəsinə keçid edərək onlayn sifariş etmək mümkündür. Bakı ərazisində çatdırılma pulsuzdur.

Ən sərfəli kredit üçün müraciət et

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Məlumat mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et