XalqKart indi pulsuz! | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

XalqKart indi pulsuz!

Müştərilərə müxtəlif loyallıq imkanları təqdim edən XalqKartı indi pulsuz əldə etmək mümkündür. 31 iyuladək 3 illik XalqKart PetrolXalqKart Cashback kartları müştərilərə pulsuz təqdim ediləcək!

Xalq Bankın təqdim etdiyi XalqKart Petrol kartı ilə müştərilər həm ölkə daxilində, həm də xaricdə apardığı nağdsız ödənişlərdən 3% bonus qazanıb toplanmış bonusları ölkənin ən geniş Azpetrol YDM şəbəkəsində yanacağa dəyişə bilərlər. XalqKart Cashback kartı isə nağdsız əməliyyatlardan 2% keşbek qazandıran ödəniş kartıdır. Hər iki kartda olan digər üstünlüklər bunlardır:

-  AZN qalığına illik 8% əlavə gəlir;

- ölkədaxili bütün kartlara aylıq 5000 AZN-dək komissiyasız köçürmə;

- aylıq 1000 AZN-dək komissiyasız nağdlaşdırma;

- onlayn sifariş və pulsuz çatdırılma.

Hər bir kart üzrə müştəri aylıq 300 AZN məbləğində keşbek qazana bilər. Qeyd edək ki, kampaniyaya ayrılmış kart sayı məhduddur.

XalqKartı Bankın filiallarında, yaxud https://cardorder.xalqbank.az/  səhifəsinə keçid edərək onlayn sifariş etmək mümkündür. Bakı ərazisində çatdırılma pulsuzdur.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az//  rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.