"Xalq Bank"ın xalis mənfəəti 61 mln. manatı ötüb | Banco.az

"Xalq Bank"ın xalis mənfəəti 61 mln. manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ölkənin aparıcı banklarından biri olan "Xalq Bank" 2025-ci ildə 61 mln. 81 min manat xalis mənfəət əldə edib.

Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, "Xalq Bank"ın aktivləri cari ilin 1 yanvar tarixinə 3 milyard 184 milyon 467 min manat təşkil edib. Bankın aktivləri illik müqayisədə 115 milyon 621 min manat və ya 3,8% artıb.

Ötən ilin 31 dekabr tarixinə "Xalq Bank"ın kredit portfelinin həcmi 1 milyard 847 milyon 435 min manat təşkil edib. Eyni dövrdə bankın depozit portfelinin həcmi isə 1 milyard 921 milyon 264 min manata bərabər olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram