Xalq Bankın Visa kartları öz sahiblərini sevindirəcək! | Banco.az

Xalq Bankın Visa kartları öz sahiblərini sevindirəcək!

Xalq Bankı Hesab.az portalı ilə uzunmüddətli tərəfdaşlıq çərçivəsində həyata keçirdiyi xüsusi kampaniyalar, təşkil etdiyi əlverişli aksiyalar mütəmadi olaraq müştəriləri sevindirir.

2020-ci ilin 1-15 aprel tarixlərində Hesab.az portalında Xalq Bankın Visa kartları ilə aparılan ödənişlər sahiblərinə avtomobil üçün FM-modulyator qazandıra bilər. Bunun üçün hesab.az səhifəsində qeydiyyatdan keçmək, kommunal xidmətlərin, stasionar və mobil rabitə operatorların, kabel televiziyası və internet provayderlərin ödənişlərini bu səhifə vasitəsilə həyata keçirmək kifayətdir (bu təklif bilet alışı, bank və sığorta ödənişləri və qeydiyyatsız əməliyyatlara şamil olunmur).

Ən sərfəli kredit üçün müraciət et

Aksiya ərzində ödənişlərinin toplam məbləği 150 manat və daha yuxarı olan ilk 2000 Visa kart sahibi hədiyyə qazanacaqlar.

Bundan əlavə aksiya müddətində portal  istifadəçiləri https://hesab.az/#/xalqbank linki vasitəsilə xüsusi məlumat formasını dolduraraq Xalq Bankdan Visa Gold/Visa Classic ödəniş kartını bir illik pulsuz olaraq əldə edə bilərlər. Hər istifadəçidən yalnız bir ödəniş kartı üçün müraciət qəbul olunur.

Xalq Bankın ödəniş kartları, keçirdiyi kampaniya və aksiyalar haqqında daha ətraflı məlumatı www.xalqbank.az saytından və ya 138 Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et