"Xalq Bank"ın nizamnamə kapitalı böyük məbləğdə artırılıb | Banco.az

"Xalq Bank"ın nizamnamə kapitalı böyük məbləğdə artırılıb

May ayında "Xalq Bank"ın nizamnamə kapitalı 139 milyon 694 min manat artırılıb.

Aprelin sonunda 225 milyon 79 min manat təşkil etmiş nizamnamə kapitalı Mayın sonunda 364 milyon 773 min manata çatıb. 

Nizamnamə kapitalının artırılması ilə əlaqədar olaraq "Xalq Bank"ın cəmi kapitalı 394 milyon 276 min manata yüksəlib.

Nizamanmə kapitalı mövcud səhmlərin nominal dəyərinin artırılması üsulu ilə həyata keçirilib. 

Marja