Müəllif: Gülnar Əhmədli, Banco.az
Ölkənin aparıcı banklarından biri olan "Xalq Bank" 2024-cü ildə 65 mln. 721 min manat xalis mənfəət əldə edib. Bu, illik müqayisədə 13 milyon 651 min manat və ya 26,2% çoxdur. 2023-cü ildə bankın mənfəəti 52 milyon 70 min manat təşkil edib.
Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, "Xalq Bank"ın cari ilin 1 yanvar tarixinə bankın aktivləri 3 milyard 68 milyon 845 min manat təşkil edib. Hesabat dövründə "Xalq Bank" aktivlərinə görə bankların siyahısında 4-cü yerdə qərarlaşıb.
Ötən ilin sonuna "Xalq Bank"ın kredit portfelinin həcmi 60 milyon 272 min manat və ya 3,3% artaraq 1 milyard 887 milyon 236 min manata yüksəlib.
Qeyd edək ki, 2024-cü ilin 31 dekabr tarixində bankın depozit portfelinin həcmi isə 1 milyard 905 milyon 362 min manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!