Xalq Bankın kart sahibləri üçün özəl təklif | Banco.az

Xalq Bankın kart sahibləri üçün özəl təklif

Avqust ayının 15-dən sentyabrın 15-dək, bir ay ərzində Xalq Bankın ödəniş kartlarının sahibləri hesab.az-da ödəniş edərkən həm İKİQAT bonus qazanacaq, həm də QAPALI HƏRRACDA iştirak edəcəklər. Kampaniyada yalnız hesab.az portalında qeydiyyatdan keçmiş istifadəçilər iştirak edə bilərlər. Qapalı hərracda iştirak etmək üçün isə qeyd olunan dövr ərzində toplam 175 manat həcmində kommunal xidmətlər, stasionar və mobil rabitə operatorları, kabel televiziyası və internet provayderlərin ödənişlərini həyata keçirmək kifayətdir (təklif bank, sığorta və qeydiyyatsız ödənişlərə şamil olunmur). Qapalı hərracda smartfon, simsiz qulaqcıq, səsgücləndirici, powerbank, pulsuz Visa Platinum kartı və başqa qiymətli hədiyyələr oynanılacaq.

Əlavə olaraq, qeyd olunan müddət ərzində Xalq Bank kartları ilə hesab.az portalında aparılan bütün ödənişlər (sığorta ödənişləri istisna olmaqla) zamanı qazanılan bonus xalı avtomatik olaraq ikiqat hesablanacaq.

Əgər indiyədək Xalq Bankdan ödəniş kartı sifariş etməmisinizsə,  https://hesab.az/#/xalqbank linki vasitəsilə xüsusi məlumat formasını dolduraraq Xalq Bankın Visa Classic ödəniş kartını bir illik pulsuz olaraq əldə edə bilərsiniz. Hər istifadəçidən yalnız bir ödəniş kartı üçün müraciət qəbul olunur.

 Xalq Bankın ödəniş kartlarını Bankın istənilən filialından əldə etmək olar. Bankın kampaniya və aksiyaları, eləcə də ödəniş kartlar haqqında daha ətraflı məlumatı Bankın www.xalqbank.az veb-səhifəsindən və 138 Məlumat Mərkəzindən almaq mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Hesab.az - müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və s. xidmətlərin alışı/ödənişini təqdim edən onlayn xidmətlər platformasıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et