Fevralın 1-dən etibarən “Xalq Bank”ın Azərbaycan İpoteka Fondunun (AİF) vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin aylıq ödənişləri Hökumət Ödəniş Portalı vasitəsi ilə onlayn şəkildə qəbul olunacaq.
İpoteka Fondundan bildiriblər ki, AİF tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin sahibləri aylıq ödənişi həm bankın filiallarında, həm də internet şəbəkəsi vasitəsi ilə həyata keçirə bilərlər.
Müştərilər İpoteka kreditləri üzrə ödənişləri Azərbaycan Mərkəzi Bankı yanında fəaliyyət göstərən Hökumət Ödəniş Portalının “www.gpp.az” internet ünvanından həyata keçirə biləcəklər.
azertag/az