"Xalq Bank"ın depozit portfeli artıb | Banco.az

"Xalq Bank"ın depozit portfeli artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-cü ilin 4-cü rübünün yekunlarına görə, ölkənin aparıcı banklarından biri olan "Xalq Bank" 2023-cü ildə 52,1 mln. manat xalis mənfəət əldə edib. Bu, illik müqayisədə 24,9 milyon manat və ya 1,9 dəfə çoxdur. Ötən ilin eyni dövründə bankın mənfəəti 27,2 milyon manat təşkil edib. 

Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, "Xalq Bank"ın aktivləri 2022-ci ilin analoji dövrünün sonu ilə müqayisədə 14,8% artaraq 3 082,55 mln. manata, kredit portfelinin həcmi 5% artaraq 1 milyard 826 milyon manata yüksəlib. 

Qeyd edək ki, bankın depozit portfelinin həcmi isə 2 milyard 221 milyon manat təşkil edib ki, bu da 2022-ci ilin sonuncu rüb göstəriciləri ilə müqayisədə 19,7% və ya 365.7 mln. manat çoxdur. 2022-ci ilin sonunda bankın depozit portfelinin həcmi 1 855.3 mln. manata bərabər olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et