"Xalq Bank"ın depozit portfeli 363 mln. manatdan çox artıb | Banco.az

"Xalq Bank"ın depozit portfeli 363 mln. manatdan çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-cü ilin III rübünün yekunlarına əsasən ölkənin ən böyük özəl banklarından biri olan "Xalq Bank" cari ilin 9 ayında 53.7 mln. manat xalis mənfəət əldə edib. Ötən ilin eyni dövründə Bankın mənfəəti 19.9 milyon manat təşkil edib. 

Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, "Xalq Bank"ın aktivləri ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 14.9% artaraq 2 985.7 mln. manata, kredit portfelinin həcmi 17.6% artaraq 1 886.0 mln. manata yüksəlib. 

Qeyd edək ki, Bankın depozit portfelinin həcmi isə 2 141.7 mln. manat təşkil edib ki, bu da 2022-ci ilin III rüb göstəriciləri ilə müqayisədə 20.4% və ya 363.2 mln. manat çoxdur. Ötən ilin eyni dövründə Bankın depozit portfelinin həcmi 1 778.5 mln. manata bərabər olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram