Xalq Bankdan MasterCard Black Edition kartına 50% endirim | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Xalq Bankdan MasterCard Black Edition kartına 50% endirim

Yeni kampaniyadan yararlanmaqla Xalq Bankın təqdim etdiyi premium üstünlüklərə malik Mastercard Black Edition kartını xidmət haqqı və ilkin mədaxil məbləğinə 50% endirimlə əldə etmək mümkün olacaq.

Mastercard Black Edition kartı ilə dünyanın hər yerində eksklüziv xidmətlər və imtiyazlardan yararlanmaq, vəsait nağdlaşdırmaq və ödənişlər aparmaq mümkündür. Kart öz sahibinə 500 000 USD-dək səyahət sığortası proqramı, müxtəlif hava limanlarının biznes zallarına ildə 10 dəfə ödənişsiz keçid, hava limanlarında ildə 10 dəfə pulsuz sürətli keçid (Fast Track), pulsuz data rouminq, kafe-restoranlarda keşbek, “Duty Free” mağazalarında keşbek və digər endirim imkanlarını təqdim edir.

Kampaniya 31 iyuladək davam edəcək.

Mastercard Black Edition kartını XalqOnline mobil tətbiqini yükləyərək, Bankın filiallarında, yaxud https://cardorder.xalqbank.az/?card=8  səhifəsinə keçid edərək onlayn sifariş etmək mümkündür. Bakı ərazisində çatdırılma pulsuzdur.