Xalq Bank kiçik və orta sahibkarlığın inkişafı üçün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaitləri hesabına sahibkarlara güzəştli kreditlər verməkdə davam edir. Bu kreditlər SKMF-in dəstəyi ilə ölkədə sahibkarlığın inkişafına yönəlik dövlət kreditləşmə proqramı çərçivəsində təqdim edilir.
Sahibkarlıq kreditləri 5 000-dən 10 000 000 manatadək, 3 ildən 10 ilədək müddətə, daşınmaz əmlakın girovu ilə illik 6%-lə, informasiya texnologiyalarının inkişafı üçün isə illik 4% dərəcəsi ilə verilir. Sahibkarlıq kreditinin əsas üstünlükləri - aşağı faiz dərəcəsi və ödəniş üzrə güzəşt dövrünün mövcudluğudur. Güzəştli dövrün müddəti kreditin müddətindən asılıdır.
ASC “Xalq” Bankı 2009-cu ildən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) güzəştli kredit vəsaitlərinin yerləşdirilməsi üzrə müvəkkil kredit təşkilatı seçilib.
Sahibkarlıq krediti və digər kreditlər Bankın bütün filiallarında verilir. Bankın məhsulları və xidmətləri haqqında ətraflı məlumatı www.xalqbank.az internet səhifəsindən və ya 138 Məlumat Mərkəzindən əldə edə bilərsiniz.