“Xalq Bank” ləğv prosesində olan müəssisədə iştirak payını artırıb | Banco.az

“Xalq Bank” ləğv prosesində olan müəssisədə iştirak payını artırıb

“Xalq Bank” ASC “Bakı Ayaqqabı-2” ATSC-dəki iştirak payını 98,26%-dən 98,25%-ə çatdırıb.

Bu barədə “Report” Bankın illik audit hesabatına istinadən xəbər verir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, sözügedən ayaqqabı istehsalçısı səhmdar cəmiyyəti kimi 1998-ci ildə təşkil edilib. Ötən il onun ləğv olunmasına qərar verilib. Bu il martın 24-də ləğvetmə prosesinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş müddət başa çatıb. Amma müəssisənin minoritar səhmdarlarına ləğvetmənin yekunları barədə hələ ki, məlumat verilməyib.