"Xalq bank" kassir axtarır | Banco.az

"Xalq bank" kassir axtarır

Xalq Bank “Şamaxı” filialında Kiçik Kassir / Baş Kassir vəzifələrində çalışa biləcək şəxsləri axtarır!

Vəzifə: (stajçı kassir, kiçik kassir, kassir, aparıcı kassir, böyük kassir, baş kassir)

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi);
• Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
• Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
• Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq; 
• Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
• Riyazi hesablama aparmaq qabiliyyəti;
• Mükəmməl kommunikasiya və insanları inandırma qabiliyyəti; 
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
• Yüksək qavrama və öyrənmə qabiliyyəti;
• İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• Kompyuter bilikləri;

İŞİN TƏSVİRİ:

• Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə uyğun olaraq kassa əməliyyatlarının aparılması;
• Əməliyyat gününün sonunda bütün valyutalarda nağd vəsait qalığının hesablanması;
• Nağd vəsaitlərin çeşidlənməsi;
• Bankomatların yüklənilməsi və boşaldılması.

Ən sərfəli kredit üçün müraciət et

Əmək haqqı 540 AZN-dən 1180 AZN-dək təşkil edir. 

Bank təcrübəsi olmayan namizədlər əmək haqqı (380 AZN) ödənilməklə stajçı kassir götürülə bilər.

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
Şəhər: Şamaxı

CV - lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir. 

QEYD:  Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.

Əlaqə vasitələri:

E - mail: [email protected] 
Telefon:   (012) 404 43 39
Faks:        (012) 404 43 34

Ən sərfəli krediti almaq üçün müraciət et