“Xalq Bank”-ın reytinqi üzrə proqnozu dəyişib | Banco.az

“Xalq Bank”-ın reytinqi üzrə proqnozu dəyişib

"Moody's” – beynəlxalq reytinq agentliyi “Xalq Bank” ASC-nin yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini “B3” səviyyəsində təsdiq edib.

Bu barədə agentliyin açıqlamasında bildirilir.

"Moody's” Bankın reytinqi üzrə proqnozunu isə “Mənfi”dən “Sabit”ə dəyişib. 

Agentlik qarşıdakı 12-18 ay ərxində ölkədə yeni kreditlərə tələbatın az olacağını nəzərə alaraq “Xalq Bank”ın riskli aktivlərinin artımının azalacağını, gəlirliliyini saxlayacağını proqnozlaşdırır. 

Report.az