“Xalq Bank” ili necə başa vurdu - HESABAT | Banco.az

“Xalq Bank” ili necə başa vurdu - HESABAT

“Xalq Bank” ötən ilin yekun maliyyə nəticələrini açıqlayıb.

Banco.az bankın dərc etdiyi hesabatlara əsasən xəbər verir ki, 2016-cı ilin 4-cü rübündə bankın cəmi aktivləri 1mlrd. 668 mln. 620 min 903 manat olub. Bankın aktivləri keçən ilin 3-cü rüb göstəriciləri ilə müqayisədə 4,6% azalıb. 

Keçən ilin iyununda isə bankın cəmi aktivləri 1 mlrd. 724 mln. 855 min 933 manat təşkil edirdi.

Bankın kapitalı isə ötən ilin 2-ci rübü ilə müqayisədə 7 mln. manat artaraq 237 mln. 638 min 602 manat həcmində qeydə alınıb.  

Ən sərfəli kredit üçün müraciət et

Sözügedən dövrdə bankın kredit portfeli 1 mlrd. 274 min 525 min 690 manat olub. 

Müştərilər tərəfindən yerləşdirilən depozitlərin həcmi 4-cü rübdə 1 mlrd. 98 mln. 899 min 630 manat olub. Qeyd edək ki, bu göstərici keçən ilin iyun ayında 1 mlrd. 136 mln. 511 min 910 manat, sentyabr ayında isə 1 mlrd. 202 mln. 312 min 870 manat olub.

Bank 2016-cı ilin son rübündə 19 mln. 160 min manat xalis zərərlə üzləşsədə, ili ümumilikdə 10 mln. 370 min manat xalis mənfəət ilə başa vurub.

"Xalq Bank" 27 dekabr 2004-cü il tarixli lisenziya əsasında fəaliyyət göstərir. 

Ən sərfəli krediti almaq üçün müraciət et