2022-ci ilin III rübünün yekunlarına əsasən ölkənin ən böyük özəl banklarından biri olan ASC “Xalq” Bankı əsas maliyyə göstəriciləri üzrə stabil artım nümayiş etdirmiş, aktivlərini ilin əvvəli ilə müqayisədə 259.8 mln manat (11.1%) artıraraq 2 599.2 mln manata çatdırmışdır. Bank 2022-ci ilin III rübünü 19.93 mln manat xalis mənfəətlə başa vurmuşdur ki, bu da 2021-ci ilin analoji dövrü ilə müqayisədə 5.68 mln manat (39.9%) daha çoxdur. Hesabat dövrünün sonuna Bankın cəmi kapitalı 466.3 mln manat təşkil etmişdir.
Ötən 9 aylıq dövr ərzində Bankın kredit portfelinin həcmi 184.8 mln manat (13.02%) artaraq 1 603.9 mln manat, depozit portfelinin həcmi isə 235.3 mln manat (15.25%) artaraq 1 778.55 mln manat təşkil etmişdir.
Xalq Bank aktivlərinin və kredit portfelinin həcminə görə ölkənin üç ən böyük özəl banklarından biri olmaqla bank sektorunda öz mövqeyini qoruyub saxlamaqdadır.
Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı Xalq Bankın rəsmi Facebook və Instagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə edə bilərsiniz.
Bizi sosial şəbəkələrdən izləyin!!