Xalq Bank-da İŞ İMKANI! | Banco.az

Xalq Bank-da İŞ İMKANI!

Vəzifə: Marketinq və satışın təşkili şöbəsinin mütəxəssisi

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

Şəhər: Bakı

İŞİN TƏSVİRİ:

 Bankın marketinq siyasətini həyata keçirmək üçün zəruri informasiyaların toplanmasına, toplanmış informasiyaların emal edilməsinə dəstək göstərmək;
 İnformasiyaların strateji və taktiki planlarda istifadə edilməsinə dəstək göstərmək; 
 Bankın məhsullarının hazırlanması, məhsul təkliflərinin yaradılması zamanı zəruri olan daxili və xarici marketinq məlumatlarını əldə etmək;
 Məhsulun və məhsul konseptlərinin yaradılması prosesinin təşkilində informasiya dəstəyi göstərməli; 
 Müştəri seqmentləri üzrə məlumatları toplanmalı və ilkin məlumatların əldə edilməsi üçün marketinq araşdırmalarının təşkilinə və icrasına dəstək göstərməli; 
 Seqmentlər üzrə müştəri profillərinin hazırlanması və marketinq təkliflərinin hazırlanmasında dəstək göstərməli;
 Marketinq planların icrası zamanı performans qiymətləndirmələri üçün informasiyaların əldə edilməsinə dəstək göstərmək;
 Bankın kommunikasiya strategiyasının hazırlanması və icrası üçün Reklam və ictimaiyyətlə əlaqələr şöbəsini lazımı informasiyalar və təkliflərlə təmin etmək;
 Xidmət şəbəkəsinin mövcud vəziyyətinin qiymətləndirilməsi və xidmətin keyfiyyətinin ölçülməsi üçün informasiyaların toplanması və emalına dəstək göstərilməsi;
 Korporativ görüşlərdə iştirak, bank məhsullarına dair fərdi təqdimatların keçirilməsi.

Ən sərfəli kredit üçün müraciət et

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

 Marketinq, menecment, iqtisadiyyat istiqaməti üzrə magistr təhsilin olması;
 Ən azı 1 il marketinq sahəsində və ya bankda iş təcrübəsi (Xidmət sektoru üzrə iş təcrübəsinin olması arzuolunandır);
 Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
 Analitik düşünmə qabiliyyəti;
 Marketinq informasiyalarının təhlili üçün Excell proqramına səlis yiyələnməli;
 Marketinq planlaşdırma bilikləri;
 Məhsulların yaradılması, məhsul konseptlərinin hazırlanması və sınaqların təşkili ilə bağlı biliklər;
 Marketinq alətlərinin istifadəsi ilə bağlı biliklər;
 Komanda işini bacarmalı və bankın digər funskional strukturları ilə işləmək bacarığı;
 Marketinq informasiyalarını emal etmək üçün marketinq alətlərinə sərbəst yiyələnməli və uyğun olaraq istifadə bacarıqları;
 İşgüzar ünsiyyətin qurulması və danışıqların aparılması üzrə bilik və bacarıqlar;
 Ünsiyyətcil, təşəbbüskar, yüksək təqdimat bacarığı;
 Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dilini bilmək arzuolunandır);

QEYD:

Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq. CV - lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E - mail:  [email protected] 
Telefon: (012) 404 43 39
Faks:  (012) 404 43 34