Xalq Bank 2014-cü ili necə başa vurdu? (infoqrafika) | Banco.az

Xalq Bank 2014-cü ili necə başa vurdu? (infoqrafika)

Xalq Bankın məqsədli ehtiyatları 24% azalıb. Bu haqda Bankın maliyyə hesabatlarına istinad edən Banco.az məlumat verir.

Xalq Bank 2014-cü ilin yekunlarına dair illik hesabatları açıqlayıb.  Ötən 1 il ərzində Bankın kredit portfeli 6,1% artaraq, 1,057 milyard manata çatıb. Bununla da Xalq Bank kredit portfeli milyard manatdan çox olan banklar siyahısına daxil olub. Eyni zamanda Bankın kreditlərdən və lizinqlərdən olan mümkün zərərlərin ödənilməsi üçün ayırdığı məqsədli ehtiyatların həcmi bir il öncə ilə müqayisədə 23,99% azalaraq, 8,986 milyondan 6,830 milyon manata enib.

Başa çatmış il ərzində Bankın faiz gəlirləri 12,84 % artdığı halda, qeyri-faiz gəlirləri demək olar ki, 4 dəfə artıb. Belə ki, ötən il Bankın faiz gəlirləri 87, 154 milyon, qeyri-faiz gəlirləri isə 5,268 milyon manat olub.

2013-cü ildə isə analoji göstəricilər 77, 238 milyon manat və 1, 064 milyon manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

2013-cü illə müqayisədə Bankın faiz xərcləri 9,59%, qeyri-faiz xərcləri isə 11,5% artıb.

Qeyd edək ki, qeyri-faiz xərcləri sırasında əməkhaqqı və digər kompenasiya ödənişləri də əhəmiyyətli yer tutur və onların miqdarı 20114-cü ildə 14,104 milyon olub ki, bu da bir il öncə ilə müqayisədə 23,18% daha çoxdur.

Xalq Bank 2014-cü ili mənfəətlə başa vurmağa müvəffəq olub. Bakın vergidən öncəki xalis mənfətinin həcmi 19,216 mln, vergi ödəndikdən sonra xalis mənfəəti isə 15,490 mln təşkil edib.

 Daha ətraflı şəkildə infoqrakida izləyə bilərsiniz. 

| Banco.az, Könül Soltanova

Ən sərfəli krediti almaq üçün müraciət et