Banco.az portalı, 2017-ci ilin birinci rübünə olan bank hesabatlarına əsasən bankların xalis mənfəətlərinin renkinqini sizə təqdim edir. Renkinqdə, yalnız 2017-ci il üçün nəticələrini açıqlayan banklar yer alıb. Renkinqdən göründüyü kimi heç də bütün banklar ilk rübü mənfəətlə başa vura bilməyib. Ən çox qazanan banklar isə Kapital Bank və Paşa Bank olmuşdur.
Bəzi bankların ziyanda olmasının səbəbi isə aktivlər üzrə mümkün zərərlərin ödənilməsi məqsədi ilə ayrılan xüsusi ehtiyatların həcminin bankların əməliyyat mənfəətindən daha çox olması ilə bağlıdır. Qeyd edək ki, ehtiyatların ayrılması qaydaları Mərkəzi Bankın normativləri ilə tənzimlənir.
Bankın adı |
Mənfəət (min manat) |
Kapital Bank |
30 793 |
Paşa Bank |
23 998 |
Bank Avrasiya |
7 360 |
Günay Bank |
3 050 |
Expressbank |
2 636 |
Bank Silk Way |
2 035 |
Yapı Kredi |
1 913 |
ASB Bank |
1 567 |
Amrahbank |
1 450 |
Ziraat Bank |
1 338 |
Atabank |
1 178 |
Azər Türk Bank |
1 065 |
AFB Bank |
876 |
CDB Bank |
652 |
Xalq Bank |
591 |
VTB Bank Azərbaycan |
561 |
Rabitəbank |
450 |
Nikoil Bank |
227 |
NBC Bank |
-81 |
Unibank |
-334 |
Bank Respublika |
-492 |
Bank BTB |
-1 144 |
Turanbank |
-1 199 |
AGBank |
-1 807 |
Dəmirbank |
-7 258 |
Bank of Baku |
-11 643 |
AccessBank |
-21 837 |
Könül Soltanova, Banco.az