Xalid Əhədov: "Hazırda ABB-də əsas diqqət maliyyə sağlamlaşdırılmasına yönəldilib" | Banco.az

Xalid Əhədov: "Hazırda ABB-də əsas diqqət maliyyə sağlamlaşdırılmasına yönəldilib"

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) sağlamlaşdırılması prosesi üç mərhələdən ibarətdir.

Bu barədə jurnalistlərə açıqlamasında Bankın İdarə Heyətinin sədri Xalid Əhədov məlumat verib.

“Bu, maliyyə sağlamlaşdırılması, əməliyyat sağlamlaşdırılması və özəlləşdirməyə hazırlıqdır. Hazırda əsas diqqət maliyyə sağlamlaşdırılmasına yönəldilib, bankın aktivləri, öhdəlikləri və kapitalı ilə bağlı olan dəyişikliklərdir. Bu mərhələ başa çatdıqdan sonra digər mərhələyə başlayacağıq. Hər 3 mərhələdə yardımçımız dünyaca tanınmış məsləhətçi şirkətlər olacaq”, - deyə X.Əhədov qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Report.az