Xalid Əhədov - Beynəlxalq Bankın İdarə Heyətinin Sədri | Banco.az

Xalid Əhədov - Beynəlxalq Bankın İdarə Heyətinin Sədri

Banco.az sizləri Ölkəmizin aparıcı banklarının rəhbərləri ilə tanışlığa dəvət edir. İlk videosujetimizin qəhrəmanı Azerbaycan Beynelxalq Bankı İdarə Heyətinin Sədri Xalid Əhədovdur. 

Xalid Əhədov, 10 yanvar 2017-ci il tarixində  ABB-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. Bundan öncə Azər-Türk Bankda, Bank Standardda və Unibankda ən yüksək fəzifələrdə çalışmışdır.

Daha dəqiq desək, peşəkar fəaliyyətini aşağıdakı şəkildə inkişaf etdirib:

Professional fəaliyyəti:

  • 1999-cu ilin mart ayı - «Bank of Baku» - komanda rəhbəri vəzifəsi, pərakəndə biznes bölməsinin meneceri, müştəri məmnuniyyəti departamentinin rəhbəri vəzifələri
  • 2005-ci il - Bank of Baku- idarə heyəti sədrinin müavini.
  • 2012-ci il - Unibank- İcraedici komitənin üzvü.
  • 2015 il - Unibank- İcraçı Direktor vəzifəsi.
  • 12.07.2016 - “Bank Standard” - baş direktor
  • 2.12.2016 - "Azər Türk Bank" - İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icraedicisi
  • 10.01.2017 - "Beynəlxalq Bank" - İdarə Heyətinə sədr

Ən sərfəli kredit üçün müraciət et

Xalid Əhədov 4 fevral 1980-ci ildə, ziyalı ailəsində anadan olub,anası müəllimə, atası həkimdir.

1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində «Maliyyə və kredit» ixtisası üzrə bakalavr dərəcəsi, 2000-2002-ci illərdə isə həmin ixtisas üzrə magistr dərəcəsi almışdır. 2010-2012-ci illərdə Avropanın, həmçinin dünyanın ən güclü universitetlərindən biri olan Instituto de Empresa (IE) biznes məktəbinə qəbul olur və Barcelonada MBA təhsili almışdır.

Xalid Əhədov uşaqlıqdan oxumağı sevərmiş. Verdiyi bir müsahibəsində qeyd etmişdir: "Uşaqlıqda riyaziyyatçı olmaq və Ferma teoremini sübut etmək istəyirdim.

Məktəbdə yaxşı oxuyurdum. 1995-1996-cı illərdə riyaziyyat üzrə Azərbaycan olimpiadasının qalibi oldum, bizim yığmamızın üzvü idim".

Bank sektorunda tələbəlik illərindən işləməyə başlayıb

Elə həmin dövrlərdə bir sıra yerli və xarici elmi jurnallarda müxtəlif məqalələri işıq üzü görüb. 

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et