- "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) İdarə Heyətinin sədri Xalid Əhədov Abbas İbrahimov və Aqşin Əmirovun bankın menecmentinə təyin olunduğunu təsdiqləyib.
X. Əhədov bildirib ki, adıçəkilən şəxslər ABB-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunublar: "Abbas da, Aqşin də ABB-dədir. İdarə Heyəti sədrinin müavini vəzifəsinə gətiriliblər. Bir qədər sonra komandamıza qoşulacaqlar. Onlar üçün yeni ştat yaradılıb. Güclü komanda ilə yola davam edirik".
Qeyd edək ki, Abbas İbrahimov bu təyinatadək "Bank of Baku" ASC-nin İdarə Heyətinin sədri, Aqşin Əmirov isə "Bank Respublika" ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsini tutublar. Beləliklə, bankın İdarə Heyəti sədrinin müavinlərinin sayı 5-ə çatıb.
Hazırda "Bank of Baku" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini Zaur Qaraisayev icra edir.
A. Əmirovun yerinə isə təyinat yoxdur.
Mənbə: APA.az