www.enterpriseazerbaijan.com portalı Rumıniyada təqdim olundu | Banco.az

www.enterpriseazerbaijan.com portalı Rumıniyada təqdim olundu

İqtisadi İslahatlatların Təhlili və Kommunikasiya Mərkəzinin www.enterpriseazerbaijan.com portalının  meneceri Aytən Məmmədova  Rumıniyanın Buxarest İqtisadi Tədqiqatlar Universitetində gənc startapçılar ilə görüşüb. A. Məmmədova universitetin tələbələrinə www.enterpriseazerbaijan.com portalı barədə ətraflı məlumatlar verib. O bildirib ki, portal həm inkubator, həm də akseleretator olaraq bütün mərhələlərdə startapçılarla birgə addımlayır. Onların işinin asanlaşdırılması üçün sərmayə yatıracaq investorlar cəlb edir. Fərqli ölkələrinin vətəndaşı olan tələbələr portalla əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. Belə bir imkan təqdim etdiyi üçün www.enterpriseazerbaijan.com portalına  təşəkkür ediblər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, təqdimatın ardınca www.enterpriseazerbaijan.com portalı və Rumıniyanın Buxarest İqtisadi Tədqiqatlar Universiteti arasında əməkdaşlıq, o cümlədən bilik və təcrübə mübadiləsi sahəsində qarşılıqlı razılıq əldə edilib

Ən sərfəli krediti almaq üçün müraciət et