www.bolkart.az saytı tamamilə FƏRQLİ formatda! | Banco.az

www.bolkart.az saytı tamamilə FƏRQLİ formatda!

120000-dən çox Bolkart istifadəçisinin rahatlığını təmin etmək məqsədilə “Bank of Baku” tam yenilənmiş www.bolkart.az saytını istifadəyə verib. Öncəki saytdan fərqli olaraq yenilənmiş saytda bir sıra yenilik və innovasiyalar tətbiq edilib.

Belə ki, yenilənmiş saytda bu xidmətlər işə salınıb:


Əhatəli axtarış sistemi: İndi hər bir şəxs ətraflı axtarış funksiyasından faydalanaraq asanlıqla istənilən məlumatı operativ əldə edə biləcək. Belə ki, ətraflı axtarış sistemindən istifadə edərək mağazaları - keçərli olduğu şəhərə (məs: Bakı, Sumqayıt, Gəncə və s), mağaza növünə (məs: geyim, mebel, kompüter və s),brendin adına (məs: Romantik, Embawood, İntegral və s), ən əsası isə ödəmə tipinə (öz qiymətinə, əlavə xərc, əlavə komissiya) görə seçmək mümkündür. 


Onlayn kalkulyator: Bu xidmət vasitəsilə Bolkartlılar alış-verişlərini öncədən planlaşdırıb, ayıq xərclərini və ödəyəcəkləri məbləği rahatlıqla hesablaya biləcəklər. Bunun üçün xüsusi xanalarda 3 sadə funksiya - alış-verişin ediləcəyi mağaza, müddəti və malın qiyməti seçilməlidir. Bundan dərhal sonra kart sahibi növbəti aylıq ödənişi və cəmi ödəyəcəyi məbləğ barədə məlumat alacaq.

Yeni tərəfdaş şirkətlər: Bu bölmədə Bolkarta əməkdaşlığa başlayan yeni tərəfdaş şirkətlər əks olunacaq. Belə ki, istifadəçilər Bolkarta qoşulan yeni mağazaları asanlıqla izləyə biləcəklər.

Şəxsi kabinet: Bolkart istifadəçiləri üçün ən yaxın zamanda şəxsi kabinetin istifadəyə verilməsi gözlənilir. Bu sistem vasitəsilə Bolkartlılar 24/7 iş rejimində alış-verişlərinə nəzarət edə biləcəklər. Şəxsi kabinet vasitəsilə hesab qalıqlarının və hesab hərəkətlərinin izlənməsi mümkün olacaq. 

Mağazaların reytinq səsverməsi: Hazırda analoqu olmayan innovativ yeniliklərdən biri. Hər bir istifadəçi yeni saytda bu və ya digər mağazanı bəyənə bilər (like sistemi) və ya ona şərh qoya bilər. Həmin məlumatlarla məşhur sosial şəbəkədə facebook-da bölüşmək mümkün olacaq. Nəticə etibarıla istifadəçilərin layk və şərhlərinə əsasən mağazaların reytinqi formalaşacaq. Bu isə öz növbəsində istifadəçilər arasında mağaza seçimi işini asanlaşdıracaq. 

Bütün bunlarla yanaşı, yenilənmiş Bolkart saytında xüsusi idarə paneli, Bolkart-Nar və Bolkart-Bakcell kimi kobrend kart növləri barədə ətraflı məlumatlar əks olunub. Eyni zamanda, saytın “Çox verilən suallar” (FAQ) bölməsi də yenilənib. Sayt vasitəsilə həmçinin onlayn qaydada Bolkart sifariş etmək, zəng sifarişi və digər faydalı xidmətlərdən bəhrələnmək olar.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et