WTI markalı neftin qiyməti son 21 ilin minimumuna endi | Banco.az

WTI markalı neftin qiyməti son 21 ilin minimumuna endi

WTI markalı ABŞ neftinin may fyuçersləri rekord aşağı tələbat şəraitində tezliklə xammalın saxlanılmasına yer tapılmayacağı ilə bağlı narahatlıqların artması fonunda 1999-cu ildən bəri ilk dəfə 20%-dən çox və bir barel üçün 15 ABŞ dollarından aşağı düşüb.

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Texasda bəzi alıcılar bir barel üçün dollar ödəyiblər ki, bu da amerikalı neft istehsalçılarının tezliklə məhsuldan qurtulmaq üçün alıcılara əlavə pul ödəməli olacağını ifadə edə bilər.

Daha əvvəl “Bloomberg” ABŞ Prezidenti Donald Trampın neft şirkətlərinin hasilatı dayandırmasını istədiyini və bunun üçün ödəmə etməyə hazır olduğunu bildirmişdi. 

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram