Payızda insanın ən çox istədiyi rahatlıqdır. Özündə bir çox unikal imkanları birləşdirən Worldcard isə Sizə məhz bu rahatlığı yaşadır. Həmişə olduğu kimi payız mövsümündə də Worldcard Sizləri müxtəlif kampaniyaları ilə sevindirməyə davam edir.
Banco.az Sizə Worldcard-ın payız mövsümündə qüvvədə olan ən maraqlı kampaniyalarını təqdim edir:
World Üzv Ticarət Obyektlərində 50 manat və üzəri alış-veriş et, hər həftə 2 iPhone 6 qazandıran lotoreyada iştirakçı ol!
Kampaniya şərtləri
Kampaniyaya 24 oktyabr – 21 noyabr tarixlərində World Üzv Ticarət Obyektlərində Yapı Kredi Bank Azərbaycan POS terminallarında 50 AZN və üzəri alış-veriş edən Worldcard sahibləri daxildir. Eyni gündə fərqli Üzv Ticarət Obyektlərində edilən birdəfəlik 50 AZN və üzəri hər alış-veriş bir şans, hissə-hissə 50 AZN və üzəri hər alış-veriş iki şansdır. Hər həftə edilən alış-verişlərə əsasən iki qalib seçiləcək və Worldcard-dan iPhone 6 (16 GB, 4.7 inch) qazanacaq. Lotoreya 2 həftədə bir dəfə keçiriləcək. Lotoreya keçiriləcək tarixlər: 10 noyabr (24 oktyabr -7 noyabr alış-verişləri); 24 noyabr (8-21 noyabr). Kampaniyanın 8 qalibi olacaq. Kampaniyada “Yapı Kredi Bank Azərbaycan” QSC əməkdaşları iştirak etmir. Kampaniyada Worldcard Business və Pulkart iştirak etmir
Virtual kartla 50 manat və daha çox alış-veriş et, 3 hissədə ödə!
Kampaniya şərtləri
Virtual Kart-la edilən 50 AZN və üzəri alış-verişlər kampaniyaya daxildir
Worldcard Gold-la Türkiyə, ABŞ, Rusiya, Dubayda 100 manat və üzəri alış-veriş et, 3 hissədə ödə!
Kampaniya şərtləri
4 sentyabr-31 dekabr tarixlərində Türkiyə, ABŞ, Rusiya, Dubayda Worldcard Gold-la edilən 100 AZN və üzəri alış-verişlər kampaniyaya daxildir. Kampaniya yalnız Worldcard Gold və Gold kartların əlavə kartları üçün keçərlidir.
Worldcard Platinum-la ölkə xaricində 100 manat və üzəri alış-veriş et, 3 hissədə ödə!
Kampaniya şərtləri
4 sentyabr-31 dekabr tarixlərində ölkə xaricində Worldcard Platinum-la edilən 100 AZN və üzəri alış-verişlər kampaniyaya daxildir. Kampaniya yalnız Worldcard Platinum və Platinum kartların əlavə kartları üçün keçərlidir.
Worldcard-la hər 25 manatlıq alış-verişə Fairy hədiyyə!
Kampaniya şərtləri
Kampaniya 1-30 noyabr 2014-cü il tarixləri arasında Worldcard ilə Araz Market, Grandmart, Bizim market və Bolmart şəbəkələrində Yapı Kredi POS terminallarında 25 AZN və üzəri ödəmələrdə keçərlidir. Pulkart, Business card və Virtual kart kampaniyaya daxil deyildir. Həmçinin ballar ilə edilən alış-verişlər də kampaniyaya daxil deyildir. Bir kartın bir alış-verişdə qazana biləcəyi maximum Fairy sayı 3 ədəddir. Kampaniyaya Fairy (Lemon 500ml) aiddir və daxil olan məhsullar limitlidir.