«World Vision International» humanitar təşkilatının Azərbaycandakı Nümayəndəliyi tender elan edib | Banco.az

«World Vision International» humanitar təşkilatının Azərbaycandakı Nümayəndəliyi tender elan edib

«World Vision International» humanitar təşkilatının Azərbaycandakı Nümayəndəliyi 1994-cü ildən fəaliyyət göstərir. Təşkilatın ilkin fəaliyyəti torpaqlarının işğalı nəticəsində doğma yerlərini tərk etmiş və respublikanın 32 rayonunda çadırlarda, ictimai binalarda, məktəblərdə, yataqxanalarda və digər yerlərdə məskunlaşmış təqribən 200,000 qaçqın və məcburi köçkülərə ərzaq yardımı ilə başlamışdır. Təşkilat tədricən fəaliyyət sahəsini genişləndirərək qaçqın və məcburi köçkünlərin yaşayış yerlərinin bərpası və tikintisi, onların paylanan ərzaqlardan asılılğını azaltmaq məqsədilə mikro-maliyyə fəalliyyətləri, təhsil, səhiyyə və digər sahələrdə bir çox layihələr həyata keçirmişdir.
Tələb olunan şərtlər:
1) Xidmətlərin qısa müddət ərzində, keyfiyyətli şəkildə yerinə yetirilməsi;
2) Sənədlərin və materialların maksimal dəqiqliklə tərcümə edilməsi;
3) Tərcümə edilmiş sənədlərin və digər materialların redaktə olunması;
4) Tələb olunan dillər: azərbaycan, ingilis, rus.
Tenderdə vergi ödəyicisi olan fiziki və hüquqi şəxslər iştirak edə bilər. Təkliflərinizi, tariflər də daxil olmaqla şirkətinizin rəsmi blankında əlaqələndirici şəxsin adı və bank rekvizitlərinizi qeyd edərək möhürlənmiş imzalanmış zərfdə təşkilatımızın iş vaxtı ərzində (bazar ertəsi – cümə; 09:00-17:00, bayram günləri istisna olmaqla) son tarix 22 avqust 2014-cü il tarixinə qədər aşağıda göstərilmiş ünvana göndərə bilərsiniz. Təkliflərlə yanaşı, əlavədə olan materialın müvafiq olaraq azərbaycan və ingilis dilinə tərcüməsini və keçmiş təcrübəniz haqqında məlumatı da təklif paketinə əlavə etməyinizi xahiş edirik.
Əlaqə üçün məlumat:
«World Vision International» humanitar təşkilatının
Azərbaycan Respublikasındakı nümayəndəliyi 
Z. Tağıyev küçəsi, 15/3,
Mənzil 15,16,17, 2-ci mərtəbə
Bakı AZ1005
Tel/Fax: +994 12 437 31 95/493 31 51/498 15 67
Mobil: +994 50 221 18 99

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et