“Windows” və “MacOS” əməliyyat sistemləri üçün ən yaxşı antivirus proqramlarının adları açıqlanıb.
Rusiya Keyfiyyət Sistemi (“Roskaçestvo”) “Windows” və “MacOS” əməliyyat sistemləri üçün ən etibarlı antivirus proqramlarının adlarını açıqlayıb.
Bununla bağlı, 19 istehsalçının 35 növ antivirus proqramı təhlil edilib. Antiviruslar arasında, həm ödənişli həm də ödənişsiz proqramlar yer alıb.
“Roskaçestvo” “Windows” əməliyyat sistemi üçün ən yaxşı top 5 antivirus siyahısına “Bitdefender Internet Security”, “ESET Internet Security”, “Norton Security Deluxe” və “Avast Free Antivirus” proqramlarını qeyd edib.
“MasOS” əməliyyat sistemi üçün isə ilk top 5-də “ESET Cuber Security Pro”, “Kaspersky Internet Security”, “Bitdefender Antivirus for Mac”, “G Data Antivirus for Mac” və “Norton Security Deluxe” yer alıb.
Ted.az