Windows Phone-dan bankomata | Banco.az

Windows Phone-dan bankomata

Microsoft Azerbaijan şirkəti Azərbaycanda Windows Phone əməliyyat sistemi əsasında işləyən qurğular üçün bankomatların mobil geolokasiyası servisinin istifadəyə verilməsini elan edib.

Baku ATM mobil əlavəsi Windows Phone istifadəçiləri üçün Safaroff Creative Agency tərəfindən hazırlanıb və təqdim olunub. Bu servis onlayn rejimində mobil telefon və ya smartfon vasitəsilə ən yaxın bankomatı aşkar etmək, həmçinin, ölkənin konkret regionunda bankomatlar haqqında məlumat almaq imkanını yaradır.

Ən sərfəli kredit üçün müraciət et

Sözügedən mobil əlavə ölkənin bankomat şəbəkəsini əhatə edir ki, buraya Windows Phone istifadəçiləri üçün mindən çox bankomat haqqında məlumat daxildir.

Mobil əlavəni Windows Phone marketində (Marketplace) pulsuz yükləyib quraşdırmaq mümkündür.

Mənbə: milli.az