"Wi-Fi" bu ölkələrdə daha sürətlidir | Banco.az

"Wi-Fi" bu ölkələrdə daha sürətlidir

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar ayında sabit genişzolaqlı internetin sürətinə görə dünya ölkələri arasında birinci yeri Sinqapur (416.1 Mbps) tutub.

Banco.az internetin sürətini yoxlamaq üçün istifadə edilən etibarlı veb-sayt olan "Speedtest"ə istinadən xəbər verir ki, ötən ay BƏƏ (397.4 Mbps) ikinci, Fransa (348 Mbps) üçüncü olub.

152 ölkə arasında sonuncu yerdə Kuba (3.9 Mbps) qərarlaşıb. Azərbaycan isə bu siyahıda 81-ci (90 Mbps) olub. 

Genişzolaqlı internetin ən sürətli olduğu 10 ölkə bunlardır (Yanvar, 2026):

  1. Sinqapur – 416.1 Mbps
  2. BƏƏ – 397.4 Mbps
  3. Fransa – 348 Mbps
  4. Honkonq (Çinin xüsusi inzibati rayonu) – 347.4 Mbps
  5. İslandiya – 347.1 Mbps
  6. Çili – 337.9 Mbps
  7. Makao (Çinin xüsusi inzibati rayonu) – 315.1 Mbps
  8. ABŞ – 306.2 Mbps
  9. İsveçrə – 286.6 Mbps
  10. Vyetnam – 285 Mbps​​

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram