Müəllif - Aida İsaq, Banco.az
“WhatsApp”ın rəhbəri Vill Cathcart istifadəçiləri “Telegram”a etibar etməməyə çağırıb.
Banco.az xəbər verir ki, iş adamı sözügedən platformanın təhlükəsizlik qaydalarına diqqət yetirmədiyini vurğulayaraq məlumatların şifrələnmədiyini əsas gətirib. Eyni zamanda “Telegram”da şəxsi ismarıclara başqalarının müdaxilə etməsinə şərait yaradan boşluğun olduğunu bildirib. O, “Telegram”dan fərqli olaraq “ucdan-uca şifrələnmə” təklif edən bir çox digər böyük mesajlaşma platformalarının mövcud olduğunu qeyd edib. Vill Cathcart “Əgər “WhatsApp”dan istifadə etmək fikrində deyilsinizsə, həmin tətbiqetmələrdən birini seçə bilərsiniz” deyə fikirlərini yekunlaşdırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!