Whatsapp yoxsa Telegram? - Görəsən hansı daha TƏHLÜKƏLİDİR | Banco.az

Whatsapp yoxsa Telegram? - Görəsən hansı daha TƏHLÜKƏLİDİR

Texnologiyanın inkşafı insanların həyatını həm asanlaşdırır, həm də çətinləşdirir. Belə ki, fiziki olaraq işlərimiz sadələşsə də, mənəvi olaraq yüklərimiz artır. Məsələn bütün sirlərimizi bilən ən yaxın dostumuz olan sosial şəbəkələrin təhlükəsizliyi  bizdə suallar yaradır. Mesajlarımızı 3-cü tərəfə oxuya bilərmi? WhatsApp, yoxsa Teleqram hansı daha təhlükəsizdi? Nə vaxtsa bizim yazışmalar məhkəmə sübutu kimi istifadə oluna bilərmi və s.?

Olmasını ehtimal etdiyimiz bu şübhələr ilk olaraq söz azadlığımızı böyük təhlükə altına qoyur.  Sonra isə mənəvi rahatlığımızı pozur, insanlarda paranoya (şübhəlilik) kimi psixoloji problemlər yaradır.

Heç kimə sirr deyil ki, hazırda ölkəmizdə yazışmaq üçün ən çox istifadə olunan sosial şəbəkə WhatsAppdır. "Whatsapp" bütün dünyada məşhurdu, ona görə ki, onu hamı istifadə edir. O bu populyarlığı illər ərzində qazanıb və hal hazırda milyonlarla aktiv istifadəçi sayı ilə qürurlana bilir. Əlbəttə ki, "Whatsapp" həm təhlükəsizlik baxımından, həm keyfiyyət baxımından dəfələrlə ciddi tənqidlərə məruz qalıb, (Viberlə müqayisədə səsli mesajları çox zəifdir və s.) indi isə onun rəqibi olan Teleqram meydana gəlib.

Maraqlısı odur ki, insanlar özəl məsələlərini son zamanlar daha çox Teleqram üzərindən yazmağa etibar edir. Yəqin ki, sizə də kimsə deyib ki, "Whatsappda deyiləsi deyil, keç Teleqrama".  

"Telegram" messencerinin yaradıcısı Pavel Durov "Facebook" şirkətinə məxsus olan "Whatsapp" messencerinin heç zaman təhlükəsiz olmayıb və olmayacağını iddia edir.

Təhlükəsizlik üzrə ekspert Thomas Boelter aşkar edib ki, şifrələmə kodlarının yenilənməsinə ehtiyac yarananda mesajları gizlincə oxumaq mümkün olur.

WhatsApp vasitəsilə göndərilən bəzi mesajları üçüncü tərəf oxuya bilər kimi fikirlər,   sistem boşluğunun insanlar üzərində casusluq aparmağa imkan verməsindən narahatdırlar.

Pavel Durov qeyd edir ki, "Telegram"dan fərqli olaraq "Whatsapp"ın mənbə kodu bağlıdır və buna görə də kibertəhlükəsizlik üzrə kənar mütəxəssislər kodda “backdoor”ların olub-olmadıqlarını yoxlaya bilmirlər.

Ən sərfəli kredit üçün müraciət et

Durov təkcə "Whatsapp"ı deyil həm də "Facebook"la Instagram-ı da istifadə üçün təhlükəli hesab edir. O, "Facebook"un illərlə milyonlarla istifadəçi şifrələrinin şifrələnməmiş vəziyyətdə saxlanması qalmaqalanı xatırladaraq böyük texnoloji şirkətin bu cür səhv etməyə haqqı olmadığını deyir.

Təbii ki, bu iddialar sübut olunmayıb, sadəcə iddiadır. Ola bilsin ki, əsaslıdır. Lakin deyə bilərik ki, bu iddiaların əsaslı olub-olmadığına dair əllə tutulacaq, gözlə görüləcək heç bir dəlil yoxdur. Durovun bu iddialarını gücləndirən insanların şübhələridir. Bəlkə də Durov da, ona inananlar da haqlıdır…

Psixoloq Ruhəngiz Mehmanqızının sözlərinə görə, danışmaq istənilən halda riskdir: “İstər nəql et, istərsə də yaz. Haqqında danışdığınız adam bunu eşitsə narahat olacaqsınıza deməli riskli adam deyilsiniz. Bu narahatlıq insana əzab verir, gecə gündüz düşündürür. Görəsən onun yazışdığı sosial şəbəkə etibarlıdır ya yox, görəsən hansısa xaker bu informasiyaları əldə edə bilərmi və s. Bir sözlə real həyatda danışıb narahat olan insan, elə virtual mühitdə də yazıb sonra narahat olacaq, bu təhlükə olsa da, olmasa da”.

Mütəxəssislərin fikirincə hər iki sosial şəbəkənin həm müsbət, həm mənfi tərəfləri var. Təhlükəsizlik məsələsinə gəldikdə isə bu günə qədər heç bir xakerin 3-cü tərəf olaraq bu məlumatları əldə etməsi faktı sübut olunmayıb. O ki, qaldı bu yazışmaların hüquq mühafizə orqanları tərəfindən əldə edilməsinə,  bu resursları sistem idarəçiləri saxlanıldığından əldə etmək üçün yalnız onlara  müraciət etmək lazımdır. Bu isə kifayət qədər ciddi əsaslar olduqda və terrorizm kimi ağır və xüsusilə ağır cinayətlərlə bağlı araşdırmalar üçün səlahiyyətli orqanlar tərəfindən sorğu daxil olduqda verilə bilər. Adətən bu sosial şəbəkələr müvafiq məhkəmə qərarı olmadıqda yazışmalarla bağlı məlumatı açıqlamır.

Söz ardı: “Whatsapp" profili açanda xırda hərflərlə, lupa ilə oxuncaq bir xeyli müdəllar çıxır qarşımıza. Bu müddəallar nədənsə adama kredit müddəalarını xatırladır: Oxumadan imzalayırıq. Sonra nəsə problem yarananda deyirlər ki, “bax biz burada yazmışıq. Siz də imzalamısınız”. Gəlin oxuyaq sona imza qoyaq. Heç olmasa bu yolla başımıza nə gələcəyindən xəbərimiz olsun.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et