Uzun illərdir mobil dünyada var olan və hal-hazırda ən çox istifadə edilən anlıq mesajlaşma xidməti olmağı bacaran WhatsApp qısa müddət əvvəl Windows Phone Store-dan yığışdırıldı. Windows Phone istifadəçiləri proqram mağazasında sözü gedən tətbiqi yükləmək istədikdə "Axtardığınız məzmun tapılmadı" formasında bir xəbərdarlıq ilə qarşı-qarşıya qaldı. Sevindirici haldır ki, mövzu ilə əlaqədar açıqlama rəsmi orqanlardan gəldi. WhatsApp-dan verilən açıqlamaya görə proqramın Windows Phone Store-dan qaldırılması texniki problemlərlə əlaqədardır. Problemlərin həlli üçün hal-hazırda Microsoft ilə işlər davam etdirilir. Problemin Windows Phone 8.1-in yenilənməsilə əlaqədar ola biləcəyi düşünülür.
Windows Phone istifadəçiləri bir müddət məşhur mesajlaşma proqramını istifadə edə bilməyəcək. Cari proqramı istifadə edənlərdə isə bu an üçün hər hansı bir problem yaşanmayır.
Günel Abduraxmanova / Banco.az