“WhatsApp” tətbiqinə "Redaktə et" seçimi əlavə olunur | Banco.az

“WhatsApp” tətbiqinə "Redaktə et" seçimi əlavə olunur

Müəllif: Tamara Mustafayeva, Banco.az

“WhatsApp” mesajlaşma tətbiqində ismarışların redaktəsi dövrü başlayır.

Banco.az xəbər verir ki, ən populyar mesajlaşma tətbiqlərindən biri olan “WhatsApp” platformaya daha bir yeni xüsusiyyət əlavə edir.

Belə ki, göndərilən yanlış mesajların silinməsi və yenidən göndərilməsi funksiyasından sonra indi də “redaktə et” seçimi aktivləşdiriləcək.

Bu barədə şirkət öz bloq hesabında açıqlama verib.

“Sadə bir yazı səhvini düzəltməkdən mesaja əlavə kontekst əlavə etməyə qədər istifadəçilərin söhbətlərə daha çox nəzarətini təmin etməkdən məmnunuq. Etməli olduğunuz yeganə şey son on beş dəqiqə ərzində göndərilən mesaja basıb saxlamaqla açılan menyudan “Redaktə et” seçimini klikləməkdir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edilib ki, silinmiş mesajlarda 'silinib' yazısı göründüyü kimi, redaktə edilmiş mesajların yanında "redaktə edilib" yazısı görünəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et