WhatsApp silinən mesajlar funksiyasını istifadəyə verəcək | Banco.az

WhatsApp silinən mesajlar funksiyasını istifadəyə verəcək

WhatsApp sosial şəbəkəsi bir müddət sonra avtomatik silinən mesajlar funksiyasını istifadəçilərin ixtiyarına verəcək.

Funksiyanın iOS, Android, KaiOS və veb versiyalar üçün istifadəyə veriləcəyi gözlənilir. Yeni funksiyanın qrup mesajlarına da tətbiq ediləcəyi söylənir. Yeniliyin kimlər üçün aktiv olacağına isə istifadəçi özü qərar verəcək. 

Sözügedən yenilik nəticəsində istifadəçi bir həftə ərzində WhatsApp-a daxil olmasa, mesajlar ən geci bir həftə sonra avtomatik yox olacaq. Mesaj silinmədən öncə onu yönləndirmək və ya ekran görüntüsünü çəkmək mümkündür.

ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram