Whatsapp qurucusu Brian Acton 7 milyard dollarlıq sərvətini necə xərcləyir? | Banco.az

Whatsapp qurucusu Brian Acton 7 milyard dollarlıq sərvətini necə xərcləyir?

Dünyanın ən məşhur mesajlaşma proqramlarından biri olan Whatsappın təsisçisi Brian Acton yaratdığı şirkətdən ayrıldıqdan sonra insanların həyatını yaxşılaşdırmaq üçün bir sıra işlər görüməyə başladı. Köhnə dostu Jan Koum ilə birlikdə Whatsappı yaradan Brian Acton silikon vadisində problemlərə həll yolu tapan adam kimi tanınır. 

Yahoo-da birgə işlədikdən sonra Acton və Koum Cənubi Amerikaya gedirlər. Yenidən şimal tərəflərə qayıdanda Facebooka iş üçün müraciət edirlər, lakin rədd cavabı alırlar.  Bundan sonra 2009-cu ildə Whatsappı yaradırlar.  2014-cü ildə şirkəti onları işə götürməyi rədd edən Facebooka 22 milyard dollar qarşılığında satırlar.  Acton bu satışdan 3 milyard dollar qazanır.  Son 4 ildə Actonun sərvəti demək olar ki, 2 dəfə artıb. 2014-cü ildə 3 milyard dollara yaxın sərvəti olan Actonun hazırda onu 7 milyard dollara çıxarıb.

Biznes sahəsində yaxşı işlər görən Acton eyni zamanda xeyriyyə sahəsində də tanınır. O 2014-cü ildə həyat yoldaşı Tegan Acton ilə birlikdə Sunlight Giving layihəsini başlatmışdır. Qurulmuş bu təşkilat, az gəlirli  ailələrin övladlarının əsas ehtiyyaclarını qarşılamaq üçün yaradılıb, hər il büdcəsini artıraraq Kaliforniya ştatındakı Bay Area bölgəsindəki ailələrə kömək edir.  Təşkilat 2017-ci ildə xeyriyyə işləri üçün 23,6 milyon dollar pul xərcləyib.

Ən sərfəli kredit üçün müraciət et

Sunlight Giving xeyriyyə qurumu eyni zamanda Actonun digər bir qurumu olan Family Givingi yaradır. Bu təşkilat Actonun əhatəsində olan bütün insanlar tərəfindən yaradılan xeyriyyə təşkilatlarına dəstək olur. Bunlar arasında nəsli kəsilməkdə olan heyvanların qorunması, bir sıra ekoloji layihələr də yer alır. Son olaraq  Acton şirkət keçən ay yeni quruluan və qeyri-kommersiya şirkəti olan Signal Foundationa 50 milyon dollar investisiya edib. 

Xəzər Aslanov. Banco.az