"WhatsApp" platformasına rekord məbləğdə cərimə kəsildi | Banco.az

"WhatsApp" platformasına rekord məbləğdə cərimə kəsildi

Tamara Mustafayeva, Banco.az

İrlandiya "WhatsApp" mesajlaşma platformasına 225 milyon avro (267 milyon dollar) cərimə tətbiq edib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, İrlandiyanın Məlumatların Qorunması Komissiyası (DPC) tərəfindən edilən açıqlamada "Facebook" şirkətinin tərkibinə daxil olan "WhatsApp" platforması tərəfindən şəxsi məlumatların istifadəsinə dair tədqiqatın başa çatdığı qeyd edilib. Sözügedən tədqiqatın nəticəsinə görə, "WhatsApp" ilə bağlı narahatlıqların mesajlaşma tətbiqinin Avropa İttifaqı tərəfindən müəyyən edilmiş "Məlumatların Qorunması" qaydalarına əməl edib-etməməsi ilə bağlı 2018-ci ildə başladılan araşdırmaya əsaslandığı bildirilib.

Xatırladaq ki, "Facebook" şirkətinin Avrozona üzrə mərkəzi İrlandiyada yerləşsə də, Məlumatların Qorunması Komissiyası (DPC) ötən ilin sonuna qədər "Facebook" və onun tərkibinə daxil olan "WhatsApp" və "Instagram" platformaları barəsində 14 tədqiqat işi başladıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et