"WhatsApp" kriptovalyuta ilə ödənişi sınaqdan keçirir | Banco.az

"WhatsApp" kriptovalyuta ilə ödənişi sınaqdan keçirir

Tamara Mustafayeva, Banco.az

Dünyaca məşhur mesajlaşma tətbiqi "WhatsApp" kriptovalyutalarla ödənişi sınaqdan keçirir.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, qısa müddət əvvəl bütün markalarını "Meta" adı altında cəmləşdirdiyini elan edən "Facebook" şirkəti rəqəmsal valyuta cüzdanı "Novi"ni yaxın günlərdə "WhatsApp"a da inteqrasiya edəcəyini açıqlayıb.

Bununla da, "WhatsApp" tətbiqindəki "Novi" cüzdanına istifadəçinin bank hesabını əlavə etmək, plastik kartlarını əlaqələndirmək mümkün olacaq. Bu yenilikdən istifadə etmək üçün autentifikasiya tələb ediləcək ki, bu proses də şəxsiyyəti təsdiq edən sənəd və ya video-qeydiyyat vasitəsilə icra ediləcək.

Hazırda Hindistan və Braziliyada sınaqdan keçirilən "Novi" vasitəsilə istifadəçilər bir-birlərinə Pax Dollar (USDP) göndərə bilirlər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram